Bir ürək sahibiyəm ki , ona qəm doğmalaşıb.
Gecə gündüz yaş axan gözlərə nəm doğmalaşıb .
Nədi dərdin de görüm, qardaşın ölməyib sənin.
Axı dərd ortağıyıq, bir yarınam, bir də tənin.
Neçə vaxtdır dözürəm intizara.
Düşünüb gəlməliyəm bir qərara.
Birini sevdim o da atdı məni .
Elə yandırdı oda atdı məni .
Nə qədər səbr eləsən bir o qədər.
Sənin öz xeyrinədir , çəkmə kədər.
Görəcəksən elə bir gün gələcək.
Səni tərk eyləyən üzgün gələcək.
NƏQARƏT:
Sözüm onadır.., adam belə vəfasız olmaz.
Sözüm onadır.., sonu bu işin cəzasız olmaz.
Sözüm onadır.., aşiq olan bəlasız olmaz…
Sözüm onadır.., sözüm onadır !
Üzülürsən , darıxırsan görürəm ki, necə Sən .
Atasan bəlkə bir addım, yazasan ki, necəsən ?
Yox, əziz dost qürurum var mənim, axtarmayacam!
Geri dönsün deyə, ölsəm belə yalvarmayacam!
Bu qürurun səni də peşman edər.
Hamı bir səhv, hamı bir nöqsan edər .
Bizə lazımdı keçək , ehv eləyək.
Ola bilməzmi ki, biz səhv eləyək?
Hədər oldu bugünümlə dünənim.
Sabah üçün günəşim batdı mənim.
Eybi yox, beş günlük dünyadır.
Sevən aşiq həmişə tənhadır.