Fələyə bax, fələyə
Məni saldı tələyə
Fələyə bax, fələyə
Məni saldı tələyə
Öz yarım yalqız qoyub
Balam, əl atıb min kələyə
Öz yarım yalqız qoyub
Balam, əl atıb min kələyə
Ay oğlan, məni yandırma
Yarım, məni yandırma
Ay oğlan, məni yandırma
Yarım, məni yandırma
Başına dolandırma
Yarım, məni yandırma
Başına dolandırma
Yarım, məni yandırma
Alma almaya bənzər
Alma ağacı gözəl
Alma almaya bənzər
Alma ağacı gözəl
Bu yerlərin qızları, yarım
Ahu ceyrana bənzər
Bu yerlərin qızları, yarım
Ahu ceyrana bənzər
Sən mənim öz gülümsən
Gülümsən, bülbülümsən
Sən mənim öz gülümsən
Gülümsən, bülbülümsən
Bir yandan yaxın qonşum
Bir yandan sevgilimsən
Bir yandan yaxın qonşum
Balam, bir yandan sevgilimsən
Mən aşiq Ay üzünə
At zülfün, yay üzünə
Mən aşiq Ay üzünə
At zülfün, yay üzünə
Zülmətdə keçən ömrüm
Yarım, həsrətdir Ay üzünə
Zülmətdə keçən ömrüm
Yarım, həsrətdir Ay üzünə
Ay oğlan, məni yandırma
Yarım, məni yandırma
Ay oğlan, məni yandırma
Yarım, məni yandırma
Başına dolandırma
Yarım, məni yandırma
Başına dolandırma
Yarım, məni yandırma
Yeri, səndən yar olmaz
Əhdə vəfadar olmaz
Yeri, səndən yar olmaz
Əhdə vəfadar olmaz
Sənin təkin bağbanın
Balam, bağçasında bar olmaz
Sənin təkin bağbanın
Yarım, bağçasında bar olmaz
Ay gözəl, məni yandırma
Gülüm, məni yandırma
Ay oğlan, məni yandırma
Yarım, məni yandırma
Başına dolandırma
Məni, oğlan, yandırma
Ay gözəl, məni yandırma
Başına dolandırma
Yarım, məni yandırma
Başına dolandırma
Ay yarım, məni yandırma
Başına dolandırma