O, mənə dəyərli
Onu əldə etməyə dəyərdi
Mənim tək istəyim o, deyərdim
Bütün ehtiyacların ödəyərdim.
Otaq sakit o, yatıb mən oyaq
O, o qədər gözəl ki,mən doymuram
Gözlərin aç bax,tez, birdən oyan
Gələcəyə başqasın yaxn qoymuram.
Bu gecə aramızda qalsın
Ruhum bu gecə səndə qalsın
Sənlə yaşamağa mən razı
Sona qədər, məndə hər şey hazır!
Hər şey ciddi bizdə, amma yox inam
Bu yolun sonu gələcəyimiz bir final
Mənə gəl inan sən,yanındayam
Sabahın xeyir deyib, öpüb ayıldaram.
(chorus 2x & back-vocal: Barss & Hugo)
O, o mənim qəlbimdə
O, o ən dərində
O, o hisslərimdə
O, o gizlədim mən
(verse 2: Barss)
Dəli arzular mənim beynimdə
Uzun köynəyim,onun əynində
Mənim tək dəli o, sanki eyni mən
Onun saçlariı, tökülür çiyinimə.
De mənə neynim mən, ki gedim özümdən
Gözün gizli gizlədir gözümdən
De necə dözüm mən
O, incə incimir kobud sözümdən.
Günəş işıq saçır, belə pəncərədən
Səhərə gədər ol mənlə, məncə yetər
Hər gələn gedən gəlir gedir nədən
Sən və mən, sanki bir bədən.
Nəfəs alıb, çək ciyərə onun ətrin
Bu gecə çıx çərçivədən sil xətti
Onu qorumaq üçündü mənim hər cəhtim
Mən yanında onun, deməli o xoşbəxtdi.
(chorus 2x & vocal: Fərid Həsənov)
O, o mənim qəlbimdə
O, o ən dərində
O, o hisslərimdə
O, o gizlədim mən