Gözümdən getmisən, ruhumu da tərk et
Beynimdən ətrini, qoxunu da al, get
Arzuda, xəyalda – hər yerdə sən varsan
Həyatda tərk etdin, yuxularımdan get
Gözümdən getmisən, ruhumu da tərk et
Beynimdən ətrini, qoxunu da al, get
Arzuda, xəyalda – hər yerdə sən varsan
Həyatda tərk etdin, yuxularımdan get
Göydə buludmusan, beynimə dolmusan?
Yerdə dumanmısan, gözümü tutmusan?
Sən bir dəniz kimi, coşan tufan kimi
İçimdə, ruhumda çırpınıb qalmısan
Göydə buludmusan, beynimə dolmusan?
Yerdə dumanmısan, gözümü tutmusan?
Sən bir dəniz kimi, coşan tufan kimi
İçimdə, ruhumda çırpınıb qalmısan
Acı göz yaşlarımdan artıq doymuşam
Özümü itirib kölgənə dalmışam
Ağlımı qeyb edib divanə olmuşam
Dumantək sərilib, çöküb usanmışam
Acı göz yaşlarımdan artıq doymuşam
Özümü itirib kölgənə dalmışam
Ağlımı qeyb edib divanə olmuşam
Dumantək sərilib, çöküb usanmışam
Göydə buludmusan, beynimə dolmusan?
Yerdə dumanmısan, gözümü tutmusan?
Sən bir dəniz kimi, coşan tufan kimi
İçimdə, ruhumda çırpınıb qalmısan
Göydə buludmusan, beynimə dolmusan?
Yerdə dumanmısan, gözümü tutmusan?
Sən bir dəniz kimi, coşan tufan kimi
İçimdə, ruhumda çırpınıb qalmısan