Gecə tüstülüyür damlar,
Şəhər qarışıq adamlar.
Dünya səhv deyil, onlar düz olmadılar,
İndi qara'dı planlar.
Yolumuza işıq salır məşəl bizim,
Yara atır sonra öldürür bu şəhər bizi.
Uzağ durun məndən uzağ edin şərinizi,
Uzatmıyın mənə boşuna boş əlinizi.
İndi göy üzündə görmürəm o dan ulduzun,
Gecə oyanıram yatağıma qan qusub.
Saxladım psixo və müalicəmin tam kursun,
Bu qədər pislik edib de necə utanmırsız.
Hamı rahat sanki yükü yoxdu bir nəfərin,
Ağır addımlarla qalxıram bu pillələri.
Məni qane edir mövqeyim və olduğum yer,
Orta yerdəyəm çün havası yox zirvələrin.
Başından böyük olmasın etdiyin bari xətan,
Evin kişisi indi aslı qalıb o bariqadan.
Mala qoşulur , qolu qaşınır, başını itirib,
Satır anasının qızılların panikada.
Qara qura planlar qara qeydlərim,
Para pula qul onlar mal'a meylləri.
Hava dolu, tufan var, yara beyinləri.
Dağa dolur dumanlar, örtür eyblərin.
Gecə tüstülüyür damlar,
Şəhər qarışıq adamlar.
Dünya səhv deyil, onlar düz olmadılar,
İndi qara'dı planlar.