• 57
  • 0
  • 0
  • 0
  • 0
Admin 3 , Elçin Cəfərov

Elçin Cəfərovun "Boş Ver" mahnısı artıq onlayndır.

Musiqi və idea: Elçin Cəfərov
Söz: Orxan Mürvətli

Aranjiman: Eşqin Ağayev
Gitara: Caner Guneysu
Bas: Ruslan Hüseynov
Saksafon: Teymur Süleymanbəyli
Miks: Oleq Naumov

Günəş səhər çıxanda,
Nur yerə axanda,
Pəncərəndə quşlar,
Nəğmə oxuyanda.

Oyan yuxudan, dayan,
Gözlərinlə seyr edək dağılmamış bu mənzərə
Həyat çox maraqlı bir film.

Kim nə deyir, desin həyatını yaşa,
Düşünmə ki, çıxar ümidlərin boşa.
Üzülmə bu gündən, bir gül, bir gülümsə
Zövq al həyatdan, yorulmadan əylən.

Beş günlük həyat, yoxdur altı, yeddi,
Sən say, gör fələk nə saydı, getdi.
Xoşbəxt olmaq bu qədərmi çətindir?

Beş günlük həyat yoxdur altı, yeddi ,
Sən say, gör fələk nə saydı, getdi.
Xoşbəxt olmaq bu qədər bəsitdir,
Xoşbəxt olmaq bu qədər asandır.

Etiketlər:

#ElçinCəfərov #BoşVer #mikpro

:: / ::