Yalandı dostum.
Həyat yalandı dostum.
Burda ayrılıq var,
Həsrət var, ölüm var.
Burda namərdə kef,
Mərd üçün zülüm var.
Həzər bu dünyanın ədalətindən,
Həzər ədalətindən.
Yalandı dostum,
Həyat yalandı dostum.
Biz gedəndə hər şey,
Dünyada qalırsa.
Niyə bəs verirdi,
Verdiyin alırsa.
Olmaz olsun onun səxavətindən,
Onun səxavətindən.
Yalandı dostum,
Həyat yalandı dostum.
Dostu ən sevimli,
Dostu dəfn edirsə.
Dostu dar məzarda
Tək qoyub gedirsə.
Danışma heç kimə sədaqətindən,
Sən öz sədaqətindən.
Yalandı dostum,
Həyat yalandı dostum.
Yar deyib sevdiyin,
Ürəyindən vurar.
Dost deyib yandığın,
Kürəyindən vurar.
Ah amansızların xəyanətindən,
Aman xəyanətindən.
Yalandı dostum,
Həyat yalandı dostum.
Gəl Şamo dərk elə,
Qərib aləmdəsən.
At bu dünya qəmin,
Sığın Allaha sən.
Kim çıxar Xaliqin itaətindən,
Ölər xəcalətindən.
Yalandı dostum,
Həyat yalandı dostum.