Bir bulağın iki gözü
Biri sənsən, sənsən, biri mən, yar
Bir almanın iki üzü
Biri sənsən, sənsən, biri mən, yar
Qoşa simin titrəməsi
Biri sənsən, biri mən, yar
Bir pərdənin iki səsi
Biri sənsən, yar
Qoşa simin titrəməsi
Biri sənsən, biri mən, yar
Bir pərdənin iki səsi
Biri sənsən, yar
Bu həyat da iki rəngdir
Biri sənsən, sənsən, biri mən, yar
Sevinc kimdir, kədər kimdir?
O, həm sənsən, sənsən, həm də mən, yar
Qoşa simin titrəməsi
Biri sənsən, biri mən, yar
Bir pərdənin iki səsi
Biri sənsən, yar
Qoşa simin titrəməsi
Biri sənsən, biri mən, yar
Bir pərdənin iki səsi
Biri sənsən, yar
Written by: Bəxtiyar Vahabzadə, Islam Rzayev