Mələyim, mələyim
Mələyim, mələyim
Mələyim, mələyim
Mələyim, mələyim
Nur üzlüsən, sanki Aysan
Allahdan ən gözəl paysan
Üzün güləndə dünyam gülür
Hər şeydən dəyərli varımsan
Səsin gələndə zaman dayanır
Qaranlıq çəkilir, Günəş oyanır
O qədər saf enerji saçırsan
Ətraf al güllərə boyanır
Mənə elə nazla-nazla baxırsan
Baxışlarınla nəsə deyirsən
Dilin söz də deməyə çalışır amma
Gözün deyir, məni sevirsən
Ay mələyim, istəyim, diləyim
Sənin üçün döyünür ürəyim
Mələyim, mələyim, yox başqa gərəyim
Eşidim səsini, duyum nəfəsini
Gəl, mələyim
Ata sənə qurban
Ata sənə qurban
Ata sənə qurban, gözəl qızım
Ata sənə qurban
Ata sənə qurban
Ata sənə qurban
Ata sənə qurban, gözəl Məryəmim
Ata sənə qurban
Xəyal edirəm, deyəsən, tez
Ata sözünü sevinclə qeyd edim
Yüksəlişə doğru ucalmanı
İlk ayağa qalxmağını seyr edim
Gəzək yer üzünü əl-ələ biz
Hər şeydən uzaq ikimiz
Sənin dünyanda səyahət edək
Ora rəngarəng, pak, təmiz
Qaça-qaça, qaça-qaça qucuma gəl
Sarıl mənə, ruhumu isindir
Uça-uça, uça-uça səmalara
Qaldır məni, qəlbimi sevindir
Ay mələyim, istəyim, diləyim
Sənin üçün döyünür ürəyim
Mələyim, mələyim, yox başqa gərəyim
Eşidim səsini, duyum nəfəsini
Gəl, mələyim
Mələyim, mələyim, istəyim, diləyim
Sənin üçün döyünür ürəyim
Mələyim, mələyim, yox başqa gərəyim
Eşidim səsini, duyum nəfəsini
Gəl, mələyim (mələyim)