Sən gizli gəlmisən ömrümə, inan Bu gizli eşq ilə yaşayacağam Dünyanın ən ağır yükü sayılan Gecikmiş məhəbbət yaşayacağam Sən mənim ömrümdə açan çiçəksən Onu ürəyimdə bəsləyəcəyəm Sən məni heç zaman görməyəcəksən Mən səni hər zaman gözləyəcəyəm Uzaqdan göz qoyub gözünə sənin Sankı görəcəyəm allahımı mən Düşüb qarış-qarış izinə sənin Əzbərləyəcəyəm yollarını mən Səni zərrə-zərrə kəşf edəcəyəm Səni milyon kərə kəşf edəcəyəm Ərini oğlunu öyrənəcəyəm Rəngini, qoxunu öyrənəcəyəm Hər günü adınla başlayacağam Hər günü adınla bitirəcəyəm Səni röyalarda oxşayacağam Səni xəyallarda itirəcəyəm Sən məni heç zaman duymayacaqsan Mən bütün ömrünü izləyəcəyəm Sən mənə məhəl də qoymayacaqsan Mən səni həmişə səsləyəcəyəm Hər gün mənim üçün doğulacaqsan Hər gün mənim üçün yox olacaqsan Mənim sevincim də sən olacaqsan Mənim kədərim də sən olacaqsan Mən sənin adına hər saat, hər an Qəlbimdə məktublar yollayacağam Sən heç vaxt fikrimdən çıxmayacaqsan Mən heç vaxt yadında qalmayacağam Beləcə həsrətlə qocalacağam Belə enəcəyəm, ucalacağam Keçib hər alovdan, keçib hər oddan Böyük əzabından şad olacağam Sən mənə həyatda ən doğma adam Mən sənə yaddan da yad olacağam Sən ömr edəcəksən ayrı adamla Mən kiməm, nəçiyəm bilməyəcəksən Bir gün bu dünyadan sənin adınla Köçüb gedəcəyəm bilməyəcəksən
0
Nazpəri Dostəliyeva - Gecikmiş Məhəbbət mp3 indir - mp3 yuklə
Qeydiyyatı olmadan Nazpəri Dostəliyeva - Gecikmiş Məhəbbət mahnısını mp3 şəklində dinləyə və ya yükləyə bilərsiniz. Ən son yeni mp3 musiqiləri gündəlik veb saytımızda yenilənir.
Həftəlik yeniliklərimizi 2025-un ən popular mp3 mahnılarını dinləyə ve yukləyə bilərsiniz. Saytda olan bütün mahnılar, saytın bazasındadır. Bəzi saytlar kimi 5 saniyə gözlə, mahnı çevirilir kimi problemlər yoxdur.
Hitster.biz saytı mp3 musiqiləri pulsuz və qeydiyyatsız yükləmək imkanı verir.
Sayta həm xarici, həm də yerli musiqilər sözləri ilə birlikdə yerləşdiririk.
İstədiyiniz mp3 mahnıları özünüz çox asan bir şəkildə sayta əlavə edə və ya artıq yüklənmiş popular mp3 mahnıları dinləyə bilərsiniz.
In order to confirm the bank transfer, you will need to upload a receipt or take a screenshot of your transfer within 1 day from your payment date. If a bank transfer is made but no receipt is uploaded within this period, your order will be cancelled. We will verify and confirm your receipt within 3 working days from the date you upload it.