Yadına sal o günləri,
Oduna yanan mən olmuşam.
Həsrətini çox çəkmişəm,
Sənsiz darıxan mən olmuşam.
Bilməm, nə oldu yenə,
Nə sözüm dəydi sənə,
Bilmirəm yenə.
Ah!
Darıxıram, darıxıram,
Darıxıram sənsiz yenə.
Gülüşünü, gəlişini,
Hey salıram, salıram yada.
Necə dözüm, ay sevgilim,
Bu hicrana, mən bu hicrana.
Neyləyim, neyləyim, bilmirəm,
Hicrana, möhnətə, dözmürəm.
Ah!
Darıxıram, darıxıram,
Darıxıram sənsiz yenə.
Son gedişin bir il olub,
Günləri sayan mən olmuşam.
Əkdiyimiz güllər solub,
Gül təki solan mən olmuşam.
Bilməm, nə oldu yenə,
Nə sözüm dəydi sənə,
Bilmirəm yenə.
Ah!
Darıxıram, darıxıram,
Darıxıram sənsiz yenə.