Balaca əllərin bir cüt göyərçin
Körpə gözlərindən nur yağır sənin
O şirin səsinlə "baba" söyləsən
Dünyaya sığışmaz sevincim mənim
Nəzrinim, Nəzrinim
Sevimli nəğməm
Adına min nəğmə qoşsam, yenə az
Nəzrinim, Nəzrinim
Tanrı hədiyyəm
Ömrümə səpdiyin çiçəklər solmaz
Arzumun nübarı, ömrümün baharı
Sevgimin barı, əhdi-ilqarı
Günəşdən bir damla
Aydan bir ovuc
Gətirdin evimə bir qucaq nuru
Günəşdən bir damla
Aydan bir ovuc
Gətirdin evimə bir qucaq nuru
Nəzrinim, Nəzrinim
Sevimli nəğməm
Adına min nəğmə qoşsam, yenə az
Nəzrinim, Nəzrinim
Tanrı hədiyyəm
Ömrümə səpdiyin çiçəklər solmaz
Qıyqacı baxışın, nazlı yerişin
Bir bilsən nə qədər yaraşır
Xanım ədalıdır nazlı gülüşün
Süzülüb nəğmətək dolar qəlbinə
Qıyqacı baxışın, nazlı yerişin
Bir bilsən nə qədər yaraşır
Xanım ədalıdır nazlı gülüşün
Süzülüb nəğmətək dolar qəlbinə
Nəzrinim, Nəzrinim
Sevimli nəğməm
Adına min nəğmə qoşsam, yenə az
Nəzrinim, Nəzrinim
Tanrı hədiyyəm
Ömrümə səpdiyin çiçəklər solmaz
Arzumun nübarı, ömrümün baharı
Sevgimin barı, əhdi-ilqarı
Günəşdən bir damla
Aydan bir ovuc
Gətirdin evimə bir qucaq nuru
Günəşdən bir damla
Aydan bir ovuc
Gətirdin evimə bir qucaq nuru
Nəzrinim, Nəzrinim
Sevimli nəğməm
Adına min nəğmə qoşsam, yenə az
Nəzrinim, Nəzrinim
Tanrı hədiyyəm
Ömrümə səpdiyin çiçəklər solmaz
Nəzrinim, Nəzrinim
Sevimli nəğməm
Adına min nəğmə qoşsam, yenə az
Nəzrinim, Nəzrinim
Tanrı hədiyyəm
Ömrümə səpdiyin çiçəklər solmaz
Nəzrinim, Nəzrinim
Sevimli nəğməm
Adına min nəğmə qoşsam, yenə az
Nəzrinim, Nəzrinim
Tanrı hədiyyəm
Ömrümə səpdiyin çiçəklər solmaz
Ömrümə səpdiyin çiçəklər solmaz
Ömrümə səpdiyin çiçəklər solmaz