Mənə ver ən qeyri adi "beat"i, mən
Çevirim "tracklist"də növbəti hitimə
Bəzən çıxarıram zarafatlarla şiti mən
Amma ki, tracklərdə hər zaman ciddi mən
Maraqlı deyil, kim nə düşünür haqqımda
Pis danışana halallıq vermirəm haqqımdan
Mən özümə seçdiyim dəyərlərə yaşayan
Və zövq alan insanam yaşadığım vaxtımdan
Mənə nə danışa bilər oxumayan "Kiyosaki"?
Ya da oxuyub deyən ki, guya yeni nə var ki?
Oxuduğum kitabı oxumaram elə-belə
Ona görə hələ listimə düşməyib "Qorki"
Diyirlənib getmirəm həyatın axını ilə
Çox vacibdir mənə həyatın hər anı
Baxmayaraq, tapa-tapa gedirəm cavabları
Yenə də sonda böyük sual dayanır
Zaman torpaq kimi
Axır barmaqlarımda
Çalışıram yazım
Ömür yarpaqlarında
"14"-də axtardığım çox sualın cavabın
"Köhnə Mahnılar"ımı eşələyəndə tapdım
İçimdə lap azacıq küdurət qalmışdı
Onu da "Yaylıq"la havaya buraxdım
Hərdən kimsə görmədiyi yerdən
Radio dalğaları kimi qəfildən
Qafiyələr gəlir mənə pərilərdən
Bu track yazılıb həmin saniyələrdə
Kiminçün bu track bir ömürlük dost
Kiminçün bir dəfəlik "play" və bitdi
Kiminçün bu track yenə də deyil H.O.S.T
Bütün olanlara tək Allah şahiddir
İçimi-çölümü bir edib qoyuram sətirə
Əsas odur ki, hiss elədiklərimi ötürəm
Mənim ən böyük yatırımım hisslərdir
Qazancım da hisslər, çətin ki itirəm!
Zaman torpaq kimi
Axır barmaqlarımda
Çalışıram yazım
Ömür yarpaqlarında
Bilirəm, bütün tamaşaların sonunda
Pərdələr enir və qalırsan tək
Sonra gəlir ora yaradıcı heyət və
Keçərli olmur daha heç bir kömək
İcazə verilir səhnədə improvizə
Eləməyə, amma sujetdən çıxmadan
Mən arada "Mete"yə, arada da "Pərviz"ə
Dəyişirəm kimliyimi qorxmadan
Çox görə-görə gəlmişəm, yenə inanıram
Olmalı insanlar arasında mükəmməl
Bəlkə də yoxdu sona qədər ideal, amma
İnsan həyatında ümid tükənməz
Ümidimi basdırdım məzarlıqda
Bitdi o yerdə "Ümid Ağacı"
Xeyri böyük oldu meyvələrinin
Amma dadı bir azacıq oldu acı
Zaman torpaq kimi
Axır barmaqlarımda
Çalışıram yazım
Ömür yarpaqlarında
Zaman torpaq kimi
Axır barmaqlarımda
Çalışıram yazım
Ömür yarpaqlarında
(PicMus, 2016, 15 iyun)
(30 il geridə qaldı...)
PRoMete • Ömür Yarpaqlarında (feat. Rövşən Əzizov) mp3 indir - mp3 yuklə
Qeydiyyatı olmadan PRoMete • Ömür Yarpaqlarında (feat. Rövşən Əzizov) mahnısını mp3 şəklində dinləyə və ya yükləyə bilərsiniz. Ən son yeni mp3 musiqiləri gündəlik veb saytımızda yenilənir. Həftəlik yeniliklərimizi 2025-un ən popular mp3 mahnılarını dinləyə ve yukləyə bilərsiniz. Saytda olan bütün mahnılar, saytın bazasındadır. Bəzi saytlar kimi 5 saniyə gözlə, mahnı çevirilir kimi problemlər yoxdur.
Hitster.biz saytı mp3 musiqiləri pulsuz və qeydiyyatsız yükləmək imkanı verir. Sayta həm xarici, həm də yerli musiqilər sözləri ilə birlikdə yerləşdiririk. İstədiyiniz mp3 mahnıları özünüz çox asan bir şəkildə sayta əlavə edə və ya artıq yüklənmiş popular mp3 mahnıları dinləyə bilərsiniz.
Musiqi, çalğı siyahıları və hesabınıza giriş əldə edin
Bu treki silmək istədiyinizə əminsiniz?
Bu şərhi silmək istədiyinizə əminsiniz?
Bu şərhi silmək istədiyinizə əminsiniz?
Bu postu silmək istədiyinizə əminsiniz?
Bu treki dinləməyə davam etmək üçün mahnını satın almalısınız.
Bu trekdə 18 yaşdan kiçik tamaşaçılar üçün yaş məhdudiyyəti var!!!, Yaşınızı təsdiqləmək üçün hesab yaradın və ya daxil olun.
5536913889404949
Account number / IBANAntoian Kordiyal
Account nameTGBATRISXXX
Routing codeUnited States
CountryQəbzi yükləyin
Bilet almaq istədiyinizə əminsiniz?