Bu gün mənim toyumdur
Sağım-solum qohumdur
Dostlarım da birbaşa
Yığışırlar meydana
Sən də gəl qoşul bizə
Yeyək, içək, kef edək
Bu gün xoşbəxt günümdür
Şənlik edək, rəqs edək
Mən sizə bir sirr açım
Qoy aramızda qalsın
Düşün, hələ ki subaysan
Bu gün mənəm, sabah sən
Fikirləş yavaş-yavaş
Ağıllı ol, ay Ataş
Gözün aydın, ay ana
Gözün aydın, ay ata
Toy-düyün qismət olsun
Subay qıza, oğlana
Gəlin, bəyi hamımız təbrik edək
(Təbrik edirik, təbrik edirik)
Bəyi çəkin ortaya
Yaxşı-yaxşı əl çalın
Tərəkəmə çalınsın
Bəylə gəlin oynasın
Bu gözəl toy gecəsi
Fuadın şən nəğməsi
Ruhumuzu oxşayır
Ürəklərə iz salır
Bu gün mənim dostlarım
Sağlığıma tost deyir
(Ala, Ağabala, ay balam)
Eyyub səhnədə deyir
Sən də gəl qoşul bizə
Yeyək, içək, kef edək
Bu gün xoşbəxt günümdür
Şənlik edək, rəqs edək
Mən sizə bir sirr açım
Qoy aramızda qalsın
Düşün, hələ ki subaysan
Bu gün mənəm, sabah sən
Fikirləş yavaş-yavaş
Ağıllı ol, ay Ataş
Gözün aydın, ay ana
Gözün aydın, ay ata
Toy-düyün qismət olsun
Subay qıza, oğlana
Gəlin, bəyi hamımız təbrik edək
(Təbrik edirik, təbrik edirik)
Bəyi çəkin ortaya
Yaxşı-yaxşı əl çalın
Tərəkəmə çalınsın
Köhnə dostlar oynasın
Bu gözəl toy gecəsi
Fuadın şən nəğməsi
Ruhumuzu oxşayır
Ürəklərə iz salır
Bəyi çəkin ortaya
Yaxşı-yaxşı əl çalın
Tərəkəmə çalınsın
Bəylə dostlar oynasın
Deyin, mübarək olsun
Bu toy mübarək olsun