Gözəlim, bu çirkin dünyaya mənim gülümsən
İndi yanımdasan, gözlərimin özüsən
Və bil ki, dözürsənsə mənə, məndən güclüsən
Bu yekə bədənimdəki gücümün özüsən
Sehrlisən, qulağıma nəğməsən
Səliqəsiz həyatıma kitab rəfimsən
Əzbərimdəsən, ağlımın özüsən
Ədalət axtarırdım, sən demə, özüsən
Şərab kimisən, başım gicəllənir səndən
Gözümsə görmür heç nə
Bir gün bu mahnı vals olsun bizim sevgimizdə
Mən dik dayanmışam, sənsə süzürsən
Özümüzdən güc alaq, bir uzun yola çıxaq
Səmada azad işıq, bir-birimizə qanad olaq
Bitməz nəğmələrimiz, hələ çox sözümüz var
Dinləsən səmada ulduzlar bizim üçün sayrışar

Hüzur – əlin, çətin ki buraxım əllərini
Səssiz sevək əsər kimi, roman kimi
Bir təbəssüm yetər, edər məni xoşbəxt biri
Gözlər danışır, rəqs edirik, bu reallıq yuxu kimi