Hara getsən göz sevindir, könüllər aç, ürək dindir!
Hara getsən göz sevindir, könüllər aç, ürək dindir!
Elə tərpən, elə davran, görən desin, nə gözəldir Azərbaycan!
Görən desin, nə gözəldir Azərbaycan!
Ayağını yerə bərk bas, izlərini dünyaya yaz!
Addımından qopsun tufan
Ayağını yerə bərk bas, izlərini dünyaya yaz!
Addımından qopsun tufan
Görən desin, nə gözəldir Azərbaycan!
Görən desin, nə gözəldir Azərbaycan!
Dağ başından çən enməsin, etibarın tükənməsin!
Dağ başından çən enməsin, etibarın tükənməsin!
Dost barınsın dostluğundan
Görən desin, nə gözəldir Azərbaycan!
Görən desin, nə gözəldir Azərbaycan!
Bizim eldə sədaqət var, əsirlərdən əmanət var
İnsan kimi insana yar
Bizim eldə sədaqət var, əsirlərdən əmanət var
İnsan kimi insana yar
Aləm görsün, necə yanır Azərbaycan!
Aləm görsün, necə yanır Azərbaycan!
Görən desin, nə gözəldir Azərbaycan!
Görən desin, nə gözəldir Azərbaycan!