Dördüncü əsrdən gəlir sədası
Məkkədən köçübdür ulu babası
Dağların qoynunda olub anası
İldırım çaxanda oyanıb Qubam
Allahın nuruna boyanıb Qubam
Afurcası ipək telli mələkdir
İnsanları xoş arzu, xoş diləkdir
Göz oxşayır, elə bil ki, çiçəkdir
Qayalar qoynunda bəslənir Qubam
Xanlıq şöhrətiylə səslənir Qubam
[Nəqərat]
Dumanlı, çənlidir uca dağları
Məlhəmdir havası, gur bulaqları
Burdaymış cənnətin alma bağları
Təngəaltı, Qəçrəşdən Xınalığa qalx
Ruhun qidasıyla Şahdağına bax
Dumanlı, çənlidir uca dağları
Məlhəmdir havası, gur bulaqları
Burdaymış cənnətin alma bağları
Təngəaltı, Qəçrəşdən Xınalığa qalx
Ruhun qidasıyla Şahdağına bax
[Bənd 2]
Gözəllik eşqiylə gəldim Qubaya
Vuruldum bu yurda, elə, obaya
Dağların qoynunda yanan sobaya
İstilik dostluqdan, ruhdan gəlibdir
Qardaşlıq nəğməsi çox yüksəlibdir
Yəhudisi, avarı var bu elin
Talış, latı, ləzgisi var bu yerin
Burada hamı dost-qardaşdır, siz bilin
Qırmızı Qəsəbə dastan dillərə
Sədası yayılıb bütün ellərə
[Nəqərat]
Dumanlı, çənlidir uca dağları
Məlhəmdir havası, gur bulaqları
Burdaymış cənnətin alma bağları
Təngəaltı, Qəçrəşdən Xınalığa qalx
Ruhun qidasıyla Şahdağına bax
Dumanlı, çənlidir uca dağları
Məlhəmdir havası, gur bulaqları
Burdaymış cənnətin alma bağları
Təngəaltı, Qəçrəşdən Xınalığa qalx
Ruhun qidasıyla Şahdağına bax
Dumanlı, çənlidir uca dağları
Məlhəmdir havası, gur bulaqları
Burdaymış cənnətin alma bağları
Təngəaltı, Qəçrəşdən Xınalığa qalx
Ruhun qidasıyla Şahdağına bax
Dumanlı, çənlidir uca dağları
Məlhəmdir havası, gur bulaqları
Burdaymış cənnətin alma bağları
Təngəaltı, Qəçrəşdən Xınalığa qalx
Ruhun qidasıyla Şahdağına bax
Ruhun qidasıyla Şahdağına bax
Ruhun qidasıyla Şahdağına bax
Müqəddəs bayrağı Şahdağına tax!
Gülyanaq Məmmədova tərəfindən ifa olunan "Quba" mahnısının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2024
Etiketlər:
#GülyanaqMəmmədova #Quba #mikpro