[Bənd 1]
Yenə gəldi sonsuz, sahilsiz gecə,
Necə tab gətirim mən bu ağrıya?
Yalqız qalmağıma mən dözüm necə?
Sənsiz bənzəyirəm ulduzsuz aya.
Yalqız qalmağıma mən dözüm necə?
Sənsiz bənzəyirəm ulduzsuz aya.
[Nəqarət]
Unutma məni, yar, məni unutma,
Şirin yuxularda xatırla məni.
Unutma məni, yar, məni unutma,
Dalğın xəyallarda xatırla məni.
Unutma məni, yar, məni unutma,
Dalğın xəyallarda xatırla məni.
[Bənd 2]
Gecələr yuxuma qatılır haram,
Duyğular səninlə, könül səninlə.
Ulduzlar içində səni araram,
Döyünər ürəyim məhəbbət ilə.
Ulduzlar içində səni araram,
Döyünər ürəyim məhəbbət ilə.
[Nəqarət]
Unutma məni, yar, məni unutma,
Şirin yuxularda xatırla məni.
Unutma məni, yar, məni unutma,
Dalğın xəyallarda xatırla məni.
Unutma məni, yar, məni unutma,
Dalğın xəyallarda xatırla məni.
Unutma məni
Unutma məni
Unutma məni
Unutma məni
[Bənd 3]
Arzular şirindir, diləklər həzin,
Nolardı ki, səni yenə görəydim?
Gəl, ayrılıq izini qəlbimdən sil,
Uzat əllərini mənə, sevgilim.
Gəl, ayrılıq izini qəlbimdən sil,
Uzat əllərini mənə, sevgilim.
[Nəqarət]
Unutma məni, yar, məni unutma,
Şirin yuxularda xatırla məni.
Unutma məni, yar, məni unutma,
Dalğın xəyallarda xatırla məni.
Unutma məni, yar, məni unutma,
Dalğın xəyallarda xatırla məni.
Unutma məni, yar, məni unutma,
Şirin yuxularda xatırla məni.
Unutma məni, yar, məni unutma,
Dalğın xəyallarda xatırla məni.
Unutma məni, yar, məni unutma,
Dalğın xəyallarda xatırla məni.
Şirin yuxularda xatırla məni,
Dalğın xəyallarda xatırla məni.
Unutma məni, yar,
Sevirəm səni, yar!