Sən görmürsən? İnsanlar baxır, amma heç nə görmür,
Gözləri açıq olsa da, içi çoxdan torpağa gömülüb.
Ruh yox, sistem danışır – üzlər klon, sözlər kopya,
Küçədə gəzən kütlələr, ürəksiz bir orkestr bayaqdan.
Salam verirsən – cavab robot səsində,
"Necəsən?" – deyir, amma vecinə də deyil həqiqətdə.
Hamı təbəssüm taxıb, altı sanki qaranlıq bir təpə,
Sözlər bəzək, niyyətlər paslı bir bıçaq səpə-səpə.
Rutin içində batıb insan adlanan varlıq,
Əlində telefon, qəlbində boşluq, gözündə qaraltı.
Doğulub, işləyir, yeyir və yatır – bu nə həyatdı?
Hər gün bir-birini kopyalayır, fərq yoxdur sabahla axşamın.
Fikirlər satılır artıq, duyğular icarədə,
Hamı kimisə oynayır – maska festivalı hər gecə.
Əl açanda dua etmir, poz verir “story” üçün,
Bədən isti, amma ruhu donub – bu çox qorxunc bir dönüş.
Axor deyir: Mən bu mexanizmdə qalmıram!
Yatdığınız yuxuda deyiləm, mən ayıq addımlayıram!
Ruhumun tək səsi belə sizə gurultu olar,
Çünki mən hələ insanam, bu sistemə kodlanmaram.
Qoy içim qan ağlasın, qoy yollar daşlansın,
Qoy min zəncir taxsınlar, qoy ruhum baş qaldırsın.
Axor robot deyil, öz ruhunu yandıran qığılcım,
Bu sistem çökəndə, sonda qalan o olacaq – axırın!