Şimşək olub çaxaram, yağış olub axaram
Atəşini, odunu ürəyimə taxaram
Dəniz kimi coşaram, sənə nəğmə qoşaram
Sən yuxuma gəlməsən, sahilləri aşaram
Bulud, bulud kimi dolaram
Göylərində qalaram
Yenə sənin olaram, olaram
Bulud, bulud kimi dolaram
Göylərində qalaram
Yenə sənin olaram
Nəğmə kimi ötərəm, harayına yetərəm
Sənin könül bağında bülbül kimi ötərəm
Büllur olam, ağ olam, ucalaram dağ olam
Necə sən varsan, mən də ömrüm boyu sağ olam
Bulud, bulud kimi dolaram
Göylərində qalaram
Yenə sənin olaram, olaram
Bulud, bulud kimi dolaram
Göylərində qalaram
Yenə sənin olaram
Bulud, bulud kimi dolaram
Göylərində qalaram
Yenə sənin olaram, olaram
Bulud, bulud kimi dolaram
Göylərində qalaram
Yenə sənin olaram
Yenə, yenə sənin olaram
Yenə, yenə sənin olaram
Written by: Nadir Əzimov, Sabir Abdinov