Uca dağlar, göy meşələr, bulaqlar
Nə gözəldir, nə gözəldir vətənim
Ürəyimdə coşub daşan arzular
Nə gözəldir, nə gözəldir vətənim
Nə gözəldir, nə gözəldir vətənim
Nə gözəldir, bir cənnətdir vətənim
Ömrümün bir anı keçməz vətənsiz
Sənə olan məhəbbətim bir dəniz
Sən mehriban, sən qayğıkeş, sən əziz
Nə gözəldir, nə gözəldir vətənim
Nə gözəldir, bir cənnətdir vətənim
Tale bizə bəxş eyləmiş cənnəti
Cah-cəlalı, tükənməyən sərvəti
Yayılıbdır hər tərəfə şöhrəti
Nə gözəldir, nə gözəldir vətənim
Nə gözəldir, bir cənnətdir vətənim
Ömrümün bir anı keçməz vətənsiz
Sənə olan məhəbbətim bir dəniz
Sən mehriban, sən qayğıkeş, sən əziz
Nə gözəldir, nə gözəldir vətənim
Nə gözəldir, bir cənnətdir vətənim
Haqqım var ki, mən səninlə öyünüm
Ürək olub torpağında döyünüm
Sən hayqırtım, sən harayım, sən ünüm
Nə gözəldir, nə gözəldir vətənim
Nə gözəldir, bir cənnətdir vətənim
Tale bizə bəxş eyləmiş cənnəti
Cah-cəlalı, tükənməyən sərvəti
Yayılıbdır hər tərəfə şöhrəti
Nə gözəldir, nə gözəldir vətənim
Nə gözəldir, bir cənnətdir vətənim