Məni sevim, sən sevmə
Qoy belə olsun
Sənə sev deməyə
Nə cürətim var?
Ürək özünündür
Özün bilərsən
Mənim isə əhdimdə
Sədaqətim var
Məntək sevən hanı səni dünyada?
Başımdan çıxmayır mənim bu sevdam
Ölsəm də, açmaram sirrimi yada
Səndən yar, sənə, yar, şikayətim var
Məntək sevən hanı səni dünyada?
Başımdan çıxmayır mənim bu sevdam
Ölsəm də, açmaram sirrimi yada
Səndən yar, sənə, yar, şikayətim var
Səndən yar, sənə, yar, şikayətim var
Yaxşı tanımırsan məni hələ sən
Yar, saldın aşiqi dildən-dilə sən
Neyləyim mən belə, sən də eləsən
Mənim çox dözümlü məhəbbətim var
Məntək sevən hanı səni dünyada?
Başımdan çıxmayır mənim bu sevdam
Ölsəm də, açmaram sirrimi yada
Səndən yar, sənə, yar, şikayətim var
Məntək sevən hanı, hanı səni dünyada?
Başımdan çıxmayır mənim bu sevdam
Ölsəm də, açmaram sirrimi yada
Səndən yar, sənə, yar, şikayətim var
Səndən yar, sənə, yar, şikayətim var