Biz nəyin axtarışındayıq görən? Bu illər nə öyrədir və ya nələr alır bizdən? Uşaqlıq oyunlarımız oyunlardan reala dönür İndi həyat məcbur edir, deşik axtar qaç-gizlən! Nə qalacaq bizdən? Nə? İzlər? Ya da özünə qapanıb içini boşalda bilməyən sözlər? Mən 11 ildir qələmə dostam Və 11 ildir boşdur poçtam Yazıram cavab gəlmir Mən axtarışdayam Hər qarışda onu tapacağımdan əmin idim Amma yaş keçdikcə ümidim itir Labirintlər ortasındayam Sözüm iti gündən-günə faydası nə? Öyrədin qaydasını Bəlkə həyat adlanan komediyada mən də rol aldım Qaçacam özümdən də Gizlənəcəm o ağacın kolgəsində O ağacı özüm əkmişəm Ya da çəkmişəm Sonra silmişəm Siz həyatı ciddiyə aldıqca Mən oyun bilmişəm İkiləşmişəm Bir tərəfim bağçaya gedəndə Bir tərəfim gedib işə Mən ən çox özümə gülmüşəm İllərin qazandırdığı qırışlardır Başqa heç nə Olmur bu zolaqları Qırışlarsız keçmək Hər dəfə çətinliyə düşdükcə fikirləşirsən köçmək Amma nə dəyişəcək ki, bu köçlə? Qaça biləcəksənmi əsas köçdən? Həyat çapar, biz köhlən Gündən günə köhnəl və köhnəl! Qədir ağacının meyvəsini yeyir kimlər ki Sən də ümid edirsən? Yenə nə yığışmısan? Sən yenə hara gedirsən? Qaçacam özümdən də Gizlənəcəm o ağacın kolgəsində O ağacı özüm əkmişəm Ya da çəkmişəm Sonra silmişəm Siz həyatı ciddiyə aldıqca Mən oyun bilmişəm İkiləşmişəm Bir tərəfim bağçaya gedəndə Bir tərəfim gedib işə Mən ən çox özümə gülmüşəm
Written by: Pərviz Isaqov, Vüsal Həsənov
0
PRoMete • 14 mp3 indir - mp3 yuklə
Qeydiyyatı olmadan PRoMete • 14 mahnısını mp3 şəklində dinləyə və ya yükləyə bilərsiniz. Ən son yeni mp3 musiqiləri gündəlik veb saytımızda yenilənir.
Həftəlik yeniliklərimizi 2025-un ən popular mp3 mahnılarını dinləyə ve yukləyə bilərsiniz. Saytda olan bütün mahnılar, saytın bazasındadır. Bəzi saytlar kimi 5 saniyə gözlə, mahnı çevirilir kimi problemlər yoxdur.
Hitster.biz saytı mp3 musiqiləri pulsuz və qeydiyyatsız yükləmək imkanı verir.
Sayta həm xarici, həm də yerli musiqilər sözləri ilə birlikdə yerləşdiririk.
İstədiyiniz mp3 mahnıları özünüz çox asan bir şəkildə sayta əlavə edə və ya artıq yüklənmiş popular mp3 mahnıları dinləyə bilərsiniz.
In order to confirm the bank transfer, you will need to upload a receipt or take a screenshot of your transfer within 1 day from your payment date. If a bank transfer is made but no receipt is uploaded within this period, your order will be cancelled. We will verify and confirm your receipt within 3 working days from the date you upload it.