Ulu Tanrım, türkü qoru
Türkü qoru düşməndən
Vətənimi daim hifz et
Qoru bizi nəzərdən
Ulu Tanrım, türkü qoru
Türkü qoru düşməndən
Vətənimi daim hifz et
Bilir cahan əzəldən
Sən mənimsən, sən mənimsən
Ey anam Azərbaycan
Ürəyim, doğma elimsən
Vətənim Azərbaycan
Yolunda qandan keçərəm
Ruhumsan, bədəndə can
Təki var ol, yaşa, ucal
Ey anam Azərbaycan
Tarix yazıb Babəklərin
Şah İsmayıl, Tomrisin
Qayaüstü rəsmlərin
Əmanəti keçmişin
Tarix yazıb Babəklərin
Şah İsmayıl, Tomrisin
Qayaüstü rəsmlərin
Əmanəti keçmişin
Sən mənimsən, sən mənimsən
Ey anam Azərbaycan
Ürəyim, doğma elimsən
Vətənim Azərbaycan
Yolunda qandan keçərəm
Ruhumsan, bədəndə can
Təki var ol, yaşa, ucal
Müstəqil Azərbaycan
Dalğalansın ay-ulduzlu
O üçrəngli bayrağın
Yumruq olsun hər şəhərdə
Dünyada vətəndaşın
Dalğalansın ay-ulduzlu
O üçrəngli bayrağın
Yumruq olsun hər şəhərdə
Dünyada vətəndaşın
Sən mənimsən, sən mənimsən
Ey anam Azərbaycan
Ürəyim, doğma elimsən
Vətənim Azərbaycan
Yolunda qandan keçərəm
Ruhumsan, bədəndə can
Təki var ol, yaşa, ucal
Müstəqil Azərbaycan
Sən mənimsən, sən mənimsən
Ey anam Azərbaycan
Ürəyim, doğma elimsən
Vətənim Azərbaycan
Yolunda qandan keçərəm
Ruhumsan, bədəndə can
Təki var ol, yaşa, ucal
Ey anam Azərbaycan