İncə, gözəl bu dünyada
Yaşayıram mən
Hər səhəri nəğmələrlə
Başlayıram mən
Gülər gözlər, gülər üzlər
Hər gün çıxır yoluma
Aydın səhər, şirin sözlər
Üzümə gülər
Gülər gözlər, gülər üzlər
Hər gün çıxır yoluma
Aydın səhər, şirin sözlər
Üzümə gülər
Qolum üstə körpə balam
Balam işıqlı
Arzu şirin, ömür şirin
Yollar işıqlı
Gülər gözlər, gülər üzlər
Hər gün çıxır yoluma
Aydın səhər, şirin sözlər
Üzümə gülər
Gülər gözlər, gülər üzlər
Hər gün çıxır yoluma
Aydın səhər, şirin sözlər
Üzümə gülər
Mən anayam, mən qadınam
Ömrüm gözəldir
Təzə arzum balam ilə
Dünyaya gəldi
Gülər gözlər, gülər üzlər
Hər gün çıxır yoluma
Aydın səhər, şirin sözlər
Üzümə gülər
Gülər gözlər, gülər üzlər
Hər gün çıxır yoluma
Aydın səhər, şirin sözlər
Üzümə gülər
Gülər gözlər, gülər üzlər
Hər gün çıxır yoluma
Aydın səhər, şirin sözlər
Üzümə gülər
Gülər gözlər, gülər üzlər
Hər gün çıxır yoluma
Aydın səhər, şirin sözlər
Üzümə gülər
Written by: Fikrət Qoca, Tofiq Əhmədov