• 28
  • 0
  • 0
  • 0
  • 0
Admin 3

Söz: Mövlud Süleymanlı
Musiqi: İbrahim Topçubaşov
Music prodüser: Nicat Zeki-zade


Lyrics :

Gül baxçalar arasında qoşa gəzdik,
Axşamacan yorulmazdıq, , dincəlməzdik,
Bulud ötər, ulduz axar, biz baxardıq, Nə bəxtiyardıq!

Ay dolandı, il dolandı, ötdü zaman,
Son baharda aramızı kəsdi duman,
Dönə, dönə o günləri xatırlaram , Nə bəxtiyardıq!

Gəl alovlu günlərim,
Qəlbimdə yurd salan sevincim, kədərim,
Ah nələri, nələri tapdıq, itirdik...

Hərdən, hərdən o günlərim düşər yada,
Qara saçlar zaman-zaman ağarsa da
Sənlə keçən günlərimi xatırlaram, Nə bəxtiyardıq...

Ay dolandı, il dolandı, keçdi zaman,
Son baharda aramızı kəsdi duman,
Dönə, dönə o günləri xatırlaram, Nə bəxtiyardıq...



#feridhuseynov #nebextiyardiq

:: / ::