Nəqarət :
Bu nəvən, bu nəvən, bu nəvən,
Səni unutmaz baba,
Bu nəvən, bu nəvən, bu nəvən,
Səni unutmaz nənə.
KQB 1
Babam tez rəhmətə gedib onu görməmişəm,
Amma tək mənəm nəvəsi onun adında.
Nənəm rəhmətə gedənnən özümə gəlməmişəm,
Çünki çox görmüşəm onu öz yanımda.
O mənim anamın anası nənə,
O ən gözəl ananı bəxş edən mənə.
Mən səni dəli kimi sevən o nəvən,
Hələ getməyib gözümdən səni bükdüyüm kəfən.
Son günləndə yanındaydım əlim əllərində,
Nənəm zarafat eləyirdiki bizi boğmasın sükut.
Sən ölümün üzünə gülürdün hətta son dəqiqələrdə,
Öləndən sonra üzündə qalan gülüş buna sübut.
Nənə..
Allah rəhmət eləsin sənə.
Bu gün mən deyirəm,
Sabah övladımın övladı deyəcək rəhmət mənə.
Nəqarət :
Bu nəvən, bu nəvən, bu nəvən,
Səni unutmaz baba,
Bu nəvən, bu nəvən, bu nəvən,
Səni unutmaz nənə.
Raiq 2
Səni evin dayağı, anamın atası idin,
Mən yaxşı nəvə olsaydım sən yaşayası idin.
Yaşlandıqca sən mən az-az olurdum sənin yanında,
Var idi bir-iki dərman yatağın kənarında.
Verdiyin baba məsləhətlər hamısı yadımda,
Yadımda gəzdiyimiz park, aldığın dondurma.
Park çoxdan yoxdur, dondurmanın isə dadı damağımda,
Səninlədə şəklim yoxdur, sən isə torpağda.
Baba sənin gedişin həyatımda sağalmaz yaradır,
Bu gecə səni yuxumda görmüşəm saçların qaradır.
Səni son dəfə görəndə bilsəydim ki bu sondur,
Səni bərk qucaqlardım, getmə bizi tərk etmə deyib ürəkdən qışqırardım,
Amma nə etmək olar həyatdır,
Ölüm bir sual olduğu kimi həmdə haqqdır,
Bu gün mən deyirəm Allah babama rəhmət eləsin ruhu şad olsun.
Və illər keçəcək oğlumun oğlu deyəcək,
Allah babama rəhmət eləsin ruhu şad olsun.