Müalicə dispanseri dəniz kənarında yerləşir
Körpə qışqırıqları, gülüşləri dalğalarla birləşir
Dünən buraxılan səhvlər
Bu gün şiddətli fəsadlar
İncə səsli fəryadlar
Amma ən dəhşətlisi ünsiyyətsiz məhkum körpə gözləri
O günəş görmək istəyir
Həyat ona qaranlıq kölgə göstərir
Ruhu təmiz, vücudu natəmiz, həkimlər aciz, qəzəblənir dəniz
Niyə o günahsız gözlər çarəsiz
Niyə nizamsız ləkə, iz buraxıb dumanlı xatirə
Cəmi iki yaşı var, amma hər an dayanar zaman, saat
Onun üçün həyat anasının buraxdığı səhvdə bitdi
Əllər zərif, nəfəs xəfif, bədən zəif tərəfdə itdi
Getdi ruhu cənnət axtarışında tapacaq əgər varsa
Ölüm durarsa, onun zəif ürəyi bir daha vurarsa
Deməli insaf var, mərhəmət yerin tutar
Heyf qəddar olan rəftar nədənsə ürək unudar
Hər günah iz buraxır
Hər günah iz buraxır
Hər günah iz buraxır
Hər günah iz buraxır
Qayıdaq üç il əvvələ üniversitet həyatı tələbələr
Hər şey gözəl, sevinc dolu uğurlar, qələbələr
Zirvəyə mərtəbələr, amma bir qızın arzuları boş
Qulağa xoş gəlməyən duyğuları boş, qorxuları boş
Sözüm məğzi onun əxlaqsız həyat tərzi vulqar
Hər gün bar, disko, klublar, geceler bulvar
Hətta narkotik, LSD, sex, iyrənc öpüşlər
Onun üçün yad olub sevgi, pak hislər gənc görüşlər
Sərxoş gülüşlər hər gecə yataqlarda ehtiras
Özünə xas olan obrazda olmazdı həyata xilas
Nə çox, nə az düz 3 il hər şey oldu toz
İmmun çatışmamazlığı, spid, həkimin qoyduğu diaqnoz
Həyat necə də boz 9 aydan sonra daha da bozdu
Doğulacaq körpəsi pozulmuş həyatı bir anda pozdu
Dünən buraxılan səhvlər bu gün ağır nəticə
Körpə doğuldu, ona qayğı əvəzinə işgəncə
Hər günah iz buraxır
Hər günah iz buraxır
Hər günah iz buraxır
Hər günah iz buraxır
Okaber • Hər Günah İz Buraxır mp3 indir - mp3 yuklə
Qeydiyyatı olmadan Okaber • Hər Günah İz Buraxır mahnısını mp3 şəklində dinləyə və ya yükləyə bilərsiniz. Ən son yeni mp3 musiqiləri gündəlik veb saytımızda yenilənir. Həftəlik yeniliklərimizi 2025-un ən popular mp3 mahnılarını dinləyə ve yukləyə bilərsiniz. Saytda olan bütün mahnılar, saytın bazasındadır. Bəzi saytlar kimi 5 saniyə gözlə, mahnı çevirilir kimi problemlər yoxdur.
Hitster.biz saytı mp3 musiqiləri pulsuz və qeydiyyatsız yükləmək imkanı verir. Sayta həm xarici, həm də yerli musiqilər sözləri ilə birlikdə yerləşdiririk. İstədiyiniz mp3 mahnıları özünüz çox asan bir şəkildə sayta əlavə edə və ya artıq yüklənmiş popular mp3 mahnıları dinləyə bilərsiniz.
Musiqi, çalğı siyahıları və hesabınıza giriş əldə edin
Bu treki silmək istədiyinizə əminsiniz?
Bu şərhi silmək istədiyinizə əminsiniz?
Bu şərhi silmək istədiyinizə əminsiniz?
Bu postu silmək istədiyinizə əminsiniz?
Bu treki dinləməyə davam etmək üçün mahnını satın almalısınız.
Bu trekdə 18 yaşdan kiçik tamaşaçılar üçün yaş məhdudiyyəti var!!!, Yaşınızı təsdiqləmək üçün hesab yaradın və ya daxil olun.
5536913889404949
Account number / IBANAntoian Kordiyal
Account nameTGBATRISXXX
Routing codeUnited States
CountryQəbzi yükləyin
Bilet almaq istədiyinizə əminsiniz?