Movla Əli can
1).
Məscidi-Kufədə sultan yıxıldı,
Səcdə də natiqi-Quran yıxıldı.
Ucaldı nalələr yerdən səmayə,
Ədalət mənbəyi, iman yıxıldı.
Ahu vaveyla, Mövla Əlican,
Ahu vaveyla, Mövla Əlican.
2).
Ölmə qurban olum, ölmə Əlican,
Səni Zəhra, bizi etmə pərişan,
Həsənin qəlbini yandırma, Mövla,
Ölər bu dərd ilə Zeynəbi-Kübra.
Ahu vaveyla, Mövla Əlican,
Ahu vaveyla, Mövla Əlican.
3).
Çəkilib xəlvətə bir güli-reyhan,
Çağırır can ata, can sənə qurban.
Anam Zəhra kimi tez çıxıb getmə,
Hüseynin ağlayır, ey şəhi-Mərdan.
Ahu vaveyla, Mövla Əlican,
Ahu vaveyla, Mövla Əlican.
4).
Qiymətin bilmədi ümmət Əlinin,
Dandılar həqqini Həzrət Əlinin.
Budur məhşər günü mehvəri-iman,
Cəhənnəm Mülcəmin, Cənnət Əlinin.
Ahu vaveyla, Mövla Əlican,
Ahu vaveyla, Mövla Əlican.