Sən çalış, bu dünyada
Bir ömür izin qalsın
Şirin-acı dünyada
Gözün yox, sözün qalsın
“Dünya yalan”,-dedilər
“Satın alan”,-dedilər
Qum saatı kimi
Səssizcə axıb gedər
Dərdini söylə, dünya
Ağırmı yükün, dünya?
Səssiz-səmirsiz
Bizlərə dözürsən, dünya
Ey yalan dünya, ağlı başdan alan
Dərdə yanmayan dövran
Aləm oyansın bu qış yuxusundan
Şükür edək bu günə, sabaha yoxdur güman
Sən çalış, bu dünyada
Bir ömür izin qalsın
Şirin-acı dünyada
Gözün yox, sözün qalsın
“Dünya yalan”,-dedilər
“Satın alan”,-dedilər
Qum saatı kimi
Səssizcə axıb gedər
Dərdini söylə, dünya
Ağırmı yükün, dünya?
Səssiz-səmirsiz
Bizlərə dözürsən, dünya
Ey yalan dünya, ağlı başdan alan
Dərdə yanmayan dövran
Aləm oyansın bu qış yuxusundan
Şükür edək bu günə, sabaha yoxdur güman
Kiminçün taclı
Kimə acı dünya
Bəlkə də, şirin röya
Məzlumun ahını duyandır dünya
Bəzən də çox ədalətsizdir qoca dünya