Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz

Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz

Sənin ol cəlb eyləyən vəslinə and içdim inan

Hicrinə yandı canım, yox daha taqət sənsiz

Başqa bir yarı necə axtarım, ey nazlı sənəm?
Bilirəm sən də dedin:"Yox yarə hacət sənsiz"

Sən mənim qəlbimə hakim, sənə qul oldu könül
Sən əzizsən, mən ucuz, mən heçəm, afət, sənsiz

Sən Nizamidən əgər arxayın olsan da, gülüm
Gecə-gündüz arayıb olmadı rahət sənsiz
Gecə-gündüz arayıb olmadı rahət sənsiz
Yarım, sənsiz
Canım, sənsiz
Yarım, sənsiz
Canım, sənsiz
Gülüm, sənsiz