Bu sevgi sevinc yox, qüssə gətirdi
Nəyimiz vardısa, onu itirdi
İlləri bir anda belə bitirdi
O gün də, o an da heç olmayaydı
Heç nədən bir sözü biz dağ eylədik
Yalanı düz sözə dayaq eylədik
Qaranı ağ rəngə boyaq eylədik
O gün də, o an da heç olmayaydı
O gün də, o an da, o an da, o gün də
Heç olmayaydı
Bir payız axşamı mənim taleyimdə
Heç olmayaydı
O gün də, o an da, o an da, o gün də
Heç olmayaydı
Bir payız axşamı mənim taleyimdə
Heç olmayaydı
İndi nəyimiz var, bilməyirik biz
Gecəni sübhədək göynəyirik biz
Gələni, gedəni dinləyirik biz
O gün də, o an da heç olmayaydı
Heç nədən bir sözü biz dağ eylədik
Yalanı düz sözə dayaq eylədik
Qaranı ağ rəngə boyaq eylədik
O gün də, o an da heç olmayaydı
O gün də, o an da, o an da, o gün də
Heç olmayaydı
Bir payız axşamı mənim taleyimdə
Heç olmayaydı
O gün də, o an da, o an da, o gün də
Heç olmayaydı
Bir payız axşamı mənim taleyimdə
Heç olmayaydı