Səni heç vaxt itirməkdən qorxmamışdım
"Dünyanı tutub durmalıdır bu adam", – düşünürdüm
Bacı zəng edib ağlayanda yoxluğunu anlamışdım
Əynim qalın idi, amma yaman üşüyürdüm
O yolu necə sürdüm, o gecə düşür yadıma
Çatmaq istəyirdim yanına ki, eşidim son sözlərini
Amma ki zaman bizi saldı ayrı birdəfəlik
Girəndə mən evə əbədi yummuşdun sən gözlərini
İndi vecimə deyil qafiyələr, ya da üslub
Yoxluğun diktə edir yazdığım bu sətirləri
Heç bilirsən, sən gedəndən "мама"mız gültək solub
Amma ki güllərin də heç vaxt itmir ətirləri
Hər küləkdə, hər yağışda düşürsən sən yadımıza
Biz isti otaqlarda, sən isə soyuq torpaq altda
Boğur qəhər anlayanda bu "track"i dinləməyəcəksən
Bu arada Sofiya da Ramiz babanı çıxarmır yaddan
Geriyə gətirmir səni dualar da
Sən indi haradasa uzaqlarda
Səsimizi eşidirsənmi, görəsən!?
Eşidirsənsə, işarə ver oralardan
Geriyə gətirmir səni dualar da
Sən indi haradasa uzaqlarda
Səsimizi eşidirsənmi, görəsən!?
Eşidirsənsə, işarə ver oralardan
Yadıma düşür birgə uzanıb tavana baxmağımız
Hamının atası ata, mənim atam isə hər vəziyyətdə dost
Böyük zövq idi səninlə bu cür danışmağımız
Müzakirələr, kitablardan, musiqidən və yaxud H.O.S.T
Deyərdin, - "Qazandıqların hədiyyədir, onların qədrini bil
Bu həyatda bir məcburiyyətin var, o da ki ailən"
Bu gün sənin yoxluğundan keçir artıq yarım il
Sən getmisən, amma möhkəmdir bizimçün qurduğun aləm
Haqqında danışmaq çətindir keçmiş zamanda
Sağalmayan yara yoxdur, hər şey sağalır zamanla
Görməyi sən öyrətmisən, hətta müsbət yamanda
İndi təbəssüm gətirir xatirən, sənli o anlar
O qədər hisslər var ki, sözlərdən aşıb keçər
Anlaşılmazdır, zaman niyə insanları ayrı salır ki!?
Sənin yerini, qoxunu, sözünü axı nə əvəz edər!?
Ruhunun şadlığını diləməkdən başqa nə qalır ki!?
Geriyə gətirmir səni dualar da
Sən indi haradasa uzaqlarda
Səsimiz eşidirsənmi, görəsən!?
Eşidirsənsə, işarə ver oralardan
Pərviz, sənə mən qurban olum
Bilirsən ki, "папа" səni nə qədər istəyir, qurban olsun sənə ata!?
Allah sənə ömür versin, can sağlığı versin
Sofişini elə böyüdəsən ki, ürəyin necə istəyir, elə bir bala alınsın
Bütün nəslimizin üz ağı olsun, ata qurban olsun
Geriyə gətirmir səni dualar da
Sən indi haradasa uzaqlarda
Səsimiz eşidirsənmi, görəsən!?
Eşidirsənsə
Written by: Pərviz Isaqov
PRoMete • Papa mp3 indir - mp3 yuklə
Qeydiyyatı olmadan PRoMete • Papa mahnısını mp3 şəklində dinləyə və ya yükləyə bilərsiniz. Ən son yeni mp3 musiqiləri gündəlik veb saytımızda yenilənir. Həftəlik yeniliklərimizi 2025-un ən popular mp3 mahnılarını dinləyə ve yukləyə bilərsiniz. Saytda olan bütün mahnılar, saytın bazasındadır. Bəzi saytlar kimi 5 saniyə gözlə, mahnı çevirilir kimi problemlər yoxdur.
Hitster.biz saytı mp3 musiqiləri pulsuz və qeydiyyatsız yükləmək imkanı verir. Sayta həm xarici, həm də yerli musiqilər sözləri ilə birlikdə yerləşdiririk. İstədiyiniz mp3 mahnıları özünüz çox asan bir şəkildə sayta əlavə edə və ya artıq yüklənmiş popular mp3 mahnıları dinləyə bilərsiniz.
Получите доступ к своей музыке, плейлистам и аккаунту
Получите доступ к своей музыке, плейлистам и аккаунту
Вы уверены, что хотите удалить этот трек?
Вы уверенны, что хотите удалить этот комментарий?
Вы уверенны, что хотите удалить этот комментарий?
Вы уверены, что хотите удалить эту запись?
Чтобы продолжить прослушивание этого трека, вам необходимо приобрести песню.
Этот трек ограничен по возрасту для зрителей младше 18 лет, Создайте аккаунт или войдите, чтобы подтвердить свой возраст.
5536913889404949
Account number / IBANAntoian Kordiyal
Account nameTGBATRISXXX
Routing codeUnited States
CountryЗагрузить квитанцию
Вы уверены, что хотите купить билет?