Yollarında bitib, qaldım,
Döngəsində itib, qaldım,
Tənha qaldım, sən gəlmədin.
Axşamların gözü nəmli,
Bulaqların sözü nəmli,
Həsrətimin özü nəmli.
Gecə küsdü, ay da batdı,
Yuxusuna haram qatdı,
Mən gözlədim, sən gəlmədin.
Gecə küsdü, ay da batdı,
Ürəyimi dərd oyatdı,
Mən gözlədim, sən gəlmədin.
Ümidlərin mənim oldu,
Sevgin mənə qənim oldu,
Mənə qalan qəmim oldu.
Elə bildim, yoxmuşam mən,
Ulduz olub, axmışam mən,
Bu yollara yağmışam mən.