Qadınlar, kişiləri incitməyin
Onlar ilə fəxr edin, fərəhlənin
Boş yerə hər şeyə fikir verməyin
Onları çox sevin, hirsli etməyin
Onları çox sevin, hirsli etməyin
Kişilər hər dərdi içindən çəkər
Ona görə də ömürləri tez keçər
Boş-boşuna onları incitməyin
Uşaq kimi əzizləyin, bəsləyin
Boş-boşuna onları incitməyin
Uşaq kimi əzizləyin, bəsləyin
Dükanlarda, şoppinqlərdə günbəgün
Instagramda rəfiqələr, qalmaqal
Qeybət edib şou-biznes açmayın
Bizim ömrümüzü siz qısaltmayın
Bizim ömrümüzü siz qısaltmayın
Kişilər hər dərdi içindən çəkər
Ona görə də ömürləri tez keçər
Boş-boşuna onları incitməyin
Uşaq kimi əzizləyin, bəsləyin
Boş-boşuna onları incitməyin
Uşaq kimi əzizləyin, bəsləyin
Evə gələndə üzünüzü turşutmayın
Olan-qalan məhəbbəti qırmayın
Dadlı yemək, məxməri çay dəmləyin
Süfrə açın, deyək, gülək, kef edək
Süfrə açın, deyək, gülək, kef edək
Kişilər hər dərdi içindən çəkər
Ona görə də ömürləri tez keçər
Boş-boşuna onları incitməyin
Uşaq kimi əzizləyin, bəsləyin
Boş-boşuna onları incitməyin
Uşaq kimi əzizləyin, bəsləyin
Biz, kişilər, bilin, sizi sevirik
Ömrümüzün bəzəyisiz, deyirik
Sözümüzdən inciməyin, küsməyin
Bizim olun, siz bizdən əl üzməyin
Boş-boşuna siz bizi incitməyin
Bizim olun, siz bizdən əl üzməyin
Ay balam, sözümüzdən inciməyin, küsməyin
Daim qoşa vursun ürəklərimiz