Bilirdim ki, zalım dünya sevənlərə nəhs baxır
Səni mənim taleyimdən ayırmağa darıxır
Bir nəğməydi, keçib getdi, yuxumuza girərmi?
Səni məndən alan dünya bir də geri verərmi?

Yalvarıram o yollara, izlərini qaytarsın
Yalvarıram o günlərə, gözlərini qaytarsın
Yalvarıram hər yağışa, bu ağrını soyutsun
Yalvarıram hər nəğməyə, həsrətimi ovutsun
Yollarına döşəsələr gül-çiçəyi qucaq-qucaq
Bilirəm ki, mənim yerim səni hər an yandıracaq
Ürəyinə axan yaşı özgə əli silərmi?
Səni məndən alan dünya bir də geri verərmi?
Yollarına döşəsələr gül-çiçəyi qucaq-qucaq
Bilirəm ki, mənim yerim səni hər an yandıracaq
Ürəyinə axan yaşı özgə əli silərmi? (Silərmi?)