Sən gələndə bənövşələr gül idi
Həsrət ilə keçən neçə il idi
Ah çəkməkdən cavan ömrüm çürüdü
Məni dərdə salan şirin dil idi
[Nəqərat]
Ay ucaboy, xoş baxışlı sərvərim
Yalvarıram, getmə, dayan, gəl bəri
Ay ucaboy, qara qaşlı sərvərim
Getmə, dayan, yalvarıram, gəl bəri
[Bənd 2]
Qurban olum alagözün şəstinə
Bal tökülür al dodağın üstünə
Nə durmusan mən yazığın qəsdinə?
[Nəqərat]
Ay imanım, ay gümanım, ay yarım
Mənə sənə necə inanım, ay canım?
Ay imanım, ay gümanım, ay yarım
Mənə sənə necə inanım, ay canım?
[Bənd 3]
Həştərxana gedən gəmi gəlmədi
Qürbət eldə yar halımı bilmədi
Ara vuran mərdimazar ölmədi
[Nəqərat]
Mən sənə necə inanım, ay yarım?
İnanma sən yad sözünə, ay canım
Mən sənə necə inanım, ay canım?
İnanma sən yad sözünə, ay canım
[Bənd 4]
Aparırlar onu təbib yanına
Dərdü-bəla gəlməsin, yar, canına
Can verərəm sənin kimi canana
[Nəqərat]
Ay ucaboy, xoş baxışlı sərvərim
Yalvarıram, getmə, dayan, gəl bəri
Ay ucaboy, qara qaşlı sərvərim
Getmə, dayan, yalvarıram, gəl bəri
Ay imanım, ay gümanım, ay yarım
Mənə sənə necə inanım, ay canım?
Ay imanım, ay gümanım, ay yarım
İnanma sən yad sözünə, ay canım mənim