Mənim gülüm, baharım,
Gül üzlü, nazlı yarım.
Sənin məhəbbətinlə,
Divanəyəm-divanə.
*
İsindirən ruhumu,
Sənin hərarətindir.
Günəş də asimanda,
Bəhanədir-bəhanə.
*
Bənd.
Mənim ömür payımsan.
Mənim səadətimsən.
Bitib, tükənməz eşqim,
Təmiz məhəbbətimsən.
*
Nəqarət.
Mənim gülüm, baharım,
Gül üzlü, nazlı yarım.
Sənin məhəbbətinlə,
Divanəyəm-divanə.
*
İsindirən ruhumu,
Sənin hərarətindir.
Günəş də asimanda,
Bəhanədir-bəhanə.
*
Bənd.
Mənim şeirlərimdə
Sən ən gözəl sözümsən.
Sən eşqimin güzgüsü,
Özümdəki özümsən.
*
Nəqarət.
Mənim gülüm, baharım,
Gül üzlü, nazlı yarım.
Sənin məhəbbətinlə,
Divanəyəm-divanə.
*
İsindirən ruhumu,
Sənin hərarətindir.
Günəş də asimanda,
Bəhanədir-bəhanə.
*
Bənd.
Qaşın, gözün, cəmalın
Şahanədir-şahanə.
İlahi qüdrətindən
Nişanəsən-nişanə.
*
Nəqarət.
Mənim gülüm, baharım,
Gül üzlü, nazlı yarım.
Sənin məhəbbətinlə,
Divanəyəm-divanə.
*
İsindirən ruhumu,
Sənin hərarətindir.
Günəş də asimanda,
Bəhanədir-bəhanə.