Cənub torpağındanıq (sözleri)
Qəlbimizdədir hər an, gözəl diyar Lənkəran,
Lerikdi cənnət məkan, Cənub torpağındanıq
Cənub elimiz var olsun, hər an toy düyün olsun
Tanrı bizə yar olsun, Cənub torpağındanıq
Astara, Xan Lənkəran, Yardımlı, Masallıdan,
Biləsuvar, Cəlilabaddan, Lerikdi cənnət məkan
Cənub torpağındanıq
Cəlilabad gözəl diyar, Qəhrəmandı Biləsuvar,
Xalqım edir iftixar, Cənub elimiz var olsun
Astaranın dağları, Yardımlının bağları,
Masallı bulaqları, Cənub torpağındanıq
Astara, Xan Lənkəran, Yardımlı, Masallıdan,
Biləsuvar, Cəlilabaddan, Lerikdi cənnət məkan
Cənub torpağındanıq
Bu yerlərin havası, yurdumuzun səfası
Var olsun hər obası, Cənub torpağındanıq
İgid məkan, ər məkan, çata məkan
Cənnətə bənzər məkan, Cənub torpağındanıq
Astara, Xan Lənkəran, Yardımlı, Masallıdan,
Biləsuvar, Cəlilabaddan, Lerikdi cənnət məkan
Cənub torpağındanıq
İnsanları vəfalı, iqlimi var şəfalı
Hər tərəfi səfalı, Cənub torpağındanıq
Sevirik Azərbaycanı, hər tərəfi hər yanı
Var şöhrəti, var şanı, Cənub torpağındanıq
Astara, Xan Lənkəran, Yardımlı, Masallıdan,
Biləsuvar, Cəlilabaddan, Lerikdi cənnət məkan
Cənub torpağındanıq