Gecə-gündüz qəlbimdəsən
Gülərüzlü, mehriban
Aylar, illər dilimdəsən
Gəl, gəl, mən sənə qurban
Vəfalı ol məhəbbətə, məhəbbətə
Düz ilqara, səadətə, səadətə
Sirdaş olaq səadətə, səadətə
Mənim yarım, mənim yarım, mənim yarım
Gəl, haradasan, yar?
Ey gülüzar
Haradasan, yar?
Gəl, haradasan, yar?
Ey gülüzar
Haradasan, yar?
Haradasan, yar?
Qaragözlüm, gülərüzlüm
Sənsən mənim sevgilim
Alyanaqlım, şux baxışlım
Tez gəl, mənim sevgilim
Vəfalı ol məhəbbətə, məhəbbətə
Düz ilqara, səadətə, səadətə
Sirdaş olaq səadətə, səadətə
Mənim yarım, mənim yarım, mənim yarım
Gəl, haradasan, yar?
Ey gülüzar
Haradasan, yar?
Gəl, haradasan, yar?
Ey gülüzar
Haradasan, yar?
Haradasan, yar?
Haradasan, yar?
Haradasan, yar?
Canımı yandırdı hicrin
Ey nigarım, haradasan?
Gözlərim nuru, iki aləmdə varım
Haradasan?
Bağrımı qan eylədi
Acı fərağın, gəl yetiş
Ey ləbi vüslət şərabi-xoşgüvarım
Haradasan? Haradasan?
Çün Nəsimidir bu gün
Əyyamı-eşqin sərvəri
Ey şəkərləb, yari-şirin ruzigarım
Haradasan? Haradasan?
Haradasan?
Gəl, haradasan, yar?
Ey gülüzar
Haradasan, yar?
Gəl, haradasan, yar?
Ey gülüzar
Haradasan, yar?
Haradasan, yar?
Haradasan, yar?
Haradasan, yar?