Qurban adına, bir sal yadına
Sənin oduna, ay gülüm, yandım, bilmədin
Yetər qüssə-qəm, mən səni hərdən
Könlümə həmdəm, ay gülüm, sandım, bilmədin
Gərək biləydin, deyib güləydin
Qurban adına, bir sal yadına
Sənin oduna yandım, bilmədin
Ömrümün gülü, könlümün gülü
Çiçəyi, gülü, ay gülüm, dandım, bilmədin
Ala gözünü, şirin sözünü
Gülər üzünü, ay gülüm, andım, bilmədin
Gərək biləydin, deyib güləydin
Qurban adına, bir sal yadına
Sənin oduna yandım, bilmədin
Qurban adına, bir sal yadına
Sənin oduna yandım, bilmədin